Finlandiya Prezidenti: Tramp hakimiyyətdə olduğu müddətdə Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil- ÖZƏL

Ukraynanın NATO-ya üzv olması ABŞ-də Donald Trampın rəhbərlik etdiyi administrasiya dövründə mümkün deyil.

Olaylar.az xəbər verir ki,  bu fikri Finlandiya Prezidenti Aleksander Stubb "CNBC" telekanalına verdiyi müsahibədə bildirib.

"Reallıqla barışmaq lazımdır ki, əgər alyansın əsas üzvlərindən biri - Amerika Birləşmiş Ştatları Ukraynanın NATO-ya üzvlüyünə hazırda qarşıdırsa, bu proses nə qısamüddətli, nə də ortamüddətli perspektivdə baş tutmayacaq. Ancaq uzunmüddətli perspektivdə belə bir imkanın yaranması mümkündür", - deyə Stubb qeyd edib.
O, həmçinin Ukraynanın Avropa İttifaqına üzv olacağını "qaçılmaz" adlandırıb və NATO-ya üzvlüyün isə "nəhayət baş verəcəyini" vurğulayıb.
Xatırladaq ki, Ukrayna rəhbərliyi dəfələrlə NATO-ya üzv olmaq istəyini dilə gətirib. Lakin Avropa liderlərinin bu məsələyə ehtiyatla yanaşma çağırışlarına qarşı sərt mövqe nümayiş etdirdiyi vaxtlar da olub. Son zamanlar isə Kiyevin ritorikasında müəyyən yumşalma müşahidə olunur.
Qeyd edək ki, Donald Tramp da əvvəlki açıqlamalarında Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdlərinin, xüsusilə sabiq prezident Co Baydenin bu istiqamətdəki israrlı bəyanatlarının Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasına səbəb olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31