Paşinyan güc strukturu əməkdaşlarını mükafatlandıra bilər

Güc strukturları əməkdaşları erməni dövlətçiliyinin, habelə Ermənistanın təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstünü açıblar və onlara buna görə dövlət mükafatı ilə təltfi olunmalıdırlar.

Olaylar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayım zaman bildirib.

"Dövlətçiliyimizə, təhlükəsizliyimizə və Ermənistanın sabitliyinə qarşı yönəlmiş cinayət ifşa olunub. Təbii ki, bu planın həyata keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə orqanlarımızın bütün əməkdaşlarına təşəkkürümü bildirirəm", - deyə Ermənistanın baş naziri bildirib.

O, Ermənistan prezidenti ilə hüquq-mühafizə orqanlarının bu planın ifşasında fəal iştirak etmiş əməkdaşlarının dövlət mükafatlarına təqdim edilməsi məsələsini müzakirə etdiyini qeyd edib.

Paşinyanın sözlərinə görə, baş verən hadisə ilə bağlı kifayət qədər geniş material dərc olunub və onun buna əlavə edəcəyi heç nə yoxdur. Ermənistan baş naziri effektiv istintaqın aparılacağına və cəmiyyətin onun nəticələr barədə lazımi qaydada məlumatlandırılacağına əminlik ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31