Viktor Orban: Macarıstan vətəndaşlarının 95%-i Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxıb- ÖZƏL
11:50 DünyaMacarıstanda keçirilən ümumxalq referendumunda vətəndaşların böyük əksəriyyəti Ukraynanın Avropa İttifaqına tələsik qəbul edilməsinə qarşı çıxıb.
Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammiti öncəsi jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, referenduma 2 168 431 macar vətəndaşı qatılıb və onların 95%-i Ukraynanın Aİ-yə üzvlüyünə qarşı olduğunu bildirib. Cəmi 5% isə bu prosesi dəstəkləyib. Açıqlamanın yayımı Macarıstanın M1 televiziya kanalı vasitəsilə birbaşa efirdə təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31