Dünyada yeni dövr başladı! “Tramp Doktrinası” rəsmən elan olundu

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinə qarşı B-2 bombardmançıları ilə endirdiyi zərbə Vaşinqtonun xarici siyasətində yeni mərhələnin - "Tramp Doktrinası" adlanan konsepsiyanın başlanğıcı kimi təqdim edilir.

Reuters agentliyi yazır ki, Tramp bu qərarı ilə uzun illərdir davam etdirdiyi "xarici hərbi müdaxilədən çəkinmək" strategiyasından kəskin şəkildə uzaqlaşdı, ABŞ-ı birbaşa xarici müharibəyə cəlb etdi və "Amerika birinci" prinsiplərinə inanan tərəfdarlarını ciddi şəkildə təəccübləndirdi.

"Tramp Doktrinası" nədir?

17507510452539761085_1200x630.jpg (92 KB)

ABŞ-ın vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı etdiyi çıxışında "Tramp Doktrinası"nın əsas prinsiplərini açıqlayıb:

• Aydın şəkildə Amerika maraqlarını müəyyənləşdirmək,
• Məsələni əvvəlcə diplomatiya ilə həll etməyə çalışmaq,
• Əgər diplomatiya uğursuz olarsa, dərhal və sarsıdıcı hərbi güc tətbiq etmək və uzanan münaqişəyə çevrilməsinə imkan vermədən geri çəkilmək.

Vens bildirib ki, bu yanaşma Trampın xarici siyasətdə gücə əsaslanan, lakin müharibəni uzatmayan modelidir. Onun sözlərinə görə:

"İlk zərbəni vurursan, problemi həll edirsən və cəhənnəm olsun, ordan çıxırsan."

Hücumdan dərhal sonra atəşkəs

879590Image1.jpg (127 KB)

Trampın əmri ilə B-2 təyyarələrinin İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra o, dərhal atəşkəs elan edib və hazırda bu razılaşma əsasən qüvvədə qalır. Prezident Tramp çərşənbə günü verdiyi açıqlamada bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və gələn həftə Tehranın nüvə proqramı ilə bağlı yeni danışıqlar başlayacaq.

İran isə öz növbəsində bildirib ki, nüvə proqramı yalnız sülh məqsədlərinə xidmət edir.

"Amerika birinci" (MAGA) hərəkatının bəzı üzvləri Trampın bu qərarına tənqidi yanaşırlar. Tramp 2016-cı ildən etibarən İraq və Əfqanıstandakı "mənasız müharibələri" qınamış, ABŞ-ı xarici avantüralardan uzaq tutacağını vəd etmişdi. Lakin İrana qarşı bu birbaşa hücum, onun seçki dönəmlərində verdiyi vədlərlə ziddiyyət təşkil etdiyini düşünənlər üçün təəccüb doğurub.

Qeyd edək ki, Tramp hakimiyyətdə olduğu dövrdə də bəzi "xüsusi hərbi əməliyyatlara" icazə vermişdi - 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi və 2020-ci ilin əvvəlində İran generalı Qasım Süleymaninin bir zərbə ilə aradan götürülməsi buna misaldır.

"Doktrina yox, instinktlər" deyənlər də var

trump-america-great.jpg (78 KB)

Lakin "Tramp Doktrinası" anlayışına tənqidi yanaşanlar da var. Karnegi Sülh Fondunun Yaxın Şərq üzrə eksperti Aaron David Miller Reuters-ə açıqlamasında deyib:

"Trampın doktrinası olduğuna ciddi yanaşmaq mənim üçün çətindir. Məncə, Trampın doktrinası yoxdur - sadəcə instinktləri var."

ABŞ administrasiyası isə bu addımı Trampın xarici siyasətində "güc vasitəsilə sülh" prinsipinin bir təzahürü kimi təqdim edir. Ağ Ev sözçüsü Anna Kelli bildirib:

"Prezident Tramp və vitse-prezident Vens əsl ideal tandemdir - çünki onların hər ikisi ABŞ-ın xarici siyasətində 'güc vasitəsilə sülh' ideyasını paylaşırlar."

Belə çıxır ki, Trampın İrana zərbəsi təkcə hərbi əməliyyat deyil, həm də xarici siyasətdə strateji konsepsiyanın - "Tramp Doktrinası"nın başlanğıcı kimi tarixə düşür. Gözlənilməz qərarları ilə tanınan Tramp bu dəfə həm müttəfiqləri, həm də rəqibləri üçün yeni siyasi oyun qaydaları müəyyən edir.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31