Ermənistanda dövlət çevrilişinə cəhd işi ilə bağlı həbslər davam edir
26 İyun 2025 10:39 Dünyaİrəvan məhkəməsi Ermənistanın "Daşnaksütyun" partiyasının rəhbərliyinin nümayəndəsi İqor Sarkisyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Olaylar Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Müqəddəs Mübarizə" hərəkatının Telegram-kanalında məlumat yayılıb.
"Daşnaksütyunun ali orqanının nümayəndəsi iki ay müddətinə həbs edilib", - məlumatda qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın İstintaq Komitəsinin hakimiyyəti zorakı yollarla ələ keçirmək və terror planlaşdırmaqla bağlı qaldırdığı cinayət işi çərçivəsində "Müqəddəs Mübarizə" müxalifət hərəkatının lideri - arxiyepiskop Baqrat Qalstanyan və daha yeddi müxalifət nümayəndəsi barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31