Netanyahu məhkəməyə ÇAĞIRILDI – Tramp İsrail liderini belə müdafiə etdi

ABŞ prezidenti Donald Tramp İsraili baş nazir Benyamin Netanyahunu əfv etməyə və ya ona qarşı irəli sürülmüş korrupsiya ittihamları üzrə məhkəmə prosesini ləğv etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, İsrail lideri 2019-cu ilə aid bir işlə bağlı məhkəməyə çağırılıb. Netanyahunun barəsində rüşvət alma, fırıldaqçılıq və etimadı sui-istifadə etmək kimi ittihamlar irəli sürülüb. İsrailin baş naziri isə bu ittihamları rədd edir.

Məhkəmə prosesi 2020-ci ildə başlayıb və üç cinayət işini əhatə edir.

"Netanyahunun məhkəməsi DƏRHAL LƏĞV EDİLMƏLİDİR və ya dövlət (İsrail) naminə bu qədər çox iş görmüş böyük qəhrəmana əfv verilməlidir", - deyə Tramp öz "Truth Social" hesabında yazıb.

O əlavə edib ki, əldə etdiyi məlumata görə, Netanyahu bazar ertəsi məhkəmə qarşısına çıxmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31