"Eurofighter" qırıcıları ilə bağlı danışıqlar müsbət istiqamətdə irəliləyir - Ərdoğan
25 İyun 22:40 Dünya"Eurofighter Typhoon" döyüş təyyarələrinin alınması ilə bağlı Böyük Britaniya və Almaniya ilə aparılan danışıqlar müsbət istiqamətdə davam edir.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
"Həm Böyük Britaniya, həm də Almaniya ilə görüşlərimiz olub, bunu edirik və bununla bağlı müsbət irəliləyişlər var", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə daha əvvəl "Eurofighter Typhoon" qırıcılarının alınması üçün müvafiq tərəflərlə danışıqlar apardığını bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31