Ərdoğan Rusiya S-400 məsələsinin Türkiyə-ABŞ dialoqunda bağlandığını deyib- ÖZƏL
25 İyun 20:55 DünyaTürkiyə və ABŞ Ankaranın Moskvadan aldığı rus istehsalı S-400 zenit-raket kompleksləri məsələsini bağlayıblar.
Olaylar.az xəbər verir ki,bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO sammitində təşkil olunan mətbuat konfransında bildirib.
"Trampla görüşdə S-400 məsələsini müzakirə etmədik. Bu məsələ artıq gündəmimizdə deyil. Bu məsələ bağlanıb. Biz F-35 mövzusunu müzakirə etdik", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə F-35 qırıcı təyyarələri üçün 1 milyard 300 milyon dollar ödəyib.
"F-35-lərlə bağlı Trampın yaxşı niyyətli olduğunu gördük. F-16-ların təmiri və texniki xidməti, eləcə də F-35-lərin alınması ilə məşğul olan dostlarımız fəaliyyətlərini davam etdirirlər", - deyə Ərdoğan qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə hələ ötən ilin fevralında bildirmişdi ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemlərini alması ABŞ tərəfindən Ankaranı F-35 təyyarələrinin istehsal proqramından çıxarmaq üçün bəhanə kimi istifadə olunub. Mövcud məlumatlara görə, Türkiyə S-400 sistemlərini resurslarına qənaət etmək məqsədilə daimi aktiv rejimdə saxlamır.