Ermənistanın birinci prezidenti Ter-Petrosyan Paşinyanı məğlubiyyətin personajı adlandırıb- ÖZƏL
25 İyun 20:22 DünyaErmənistanın ilk prezidenti Levon Ter-Petrosyan bütün ermənilərin katolikosu II Qareginlə görüşdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Apostol Kilsəsinə qarşı mübarizədə uduzacaq.
Olaylar xəbər verir ki,bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib.
"Prezidentin sözlərinə görə, Paşinyan - məğlubiyyətin simvoludur. O... heç bir şübhə olmadan Ermənistan Kilsəsinə qarşı elan etdiyi müharibədə uduzacaq", - deyə bildirib.
Bundan əvvəl "Alyans" adlı Proqressiv Mərkəzçi Partiyasının rəhbəri, Ermənistan parlamentinin beşinci, altıncı və yeddinci çağırış deputatı Tiqran Urihanyan bildirmişdi ki, Paşinyan hökumətinin Ermənistan Apostol Kilsəsinə qarşı apardığı repressiyalar cəmiyyət tərəfindən xəyanətkar addım kimi qiymətləndirilir və vətəndaşlar tərəfindən rədd olunur.