Baqratla yanaşı daha 14 nəfər SAXLANILDI

Ermənistanda müxalifətçilərin evlərində aparılan axtarışların nəticələrinə görə saxlanılanların ilkin siyahısı ortaya çıxıb. Siyahıda, arxiyepiskop Baqrat Qalstanyanla yanaşı, daha 14 nəfər də var.

Milli.Az bu barədə "Sputnik Ermənistan"a istinadla xəbər verir.

Bildirilir ki, saxlanılanlar separatçı rejimin "deputatı" David Qalstyan, ehtiyatda olan polkovnik Miqran Maxsudyan, "Daşnaksütyun" Partiyası Ali Orqanının üzvü İqor Sarqsyan, iş adamı Tiqran Qalstyan, aktivist Ara Rostomyandır. Saxlanılanlar arasında həmçinin diakonlar Qrayr və Movses də var.

Bundan əlavə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) separatçı rejimin "parlament sədri" Aşot Danielyanın evində də axtarış aparıb.

Həmçinin, "ParaTV"nin direktoru Elizabet Petrosyan Erebuni istintaq şöbəsinə aparılıb. Onun evində də MTX əməkdaşları tərəfindən axtarış keçirilib. Qeyd olunur ki, Petrosyanın əri - hazırda ölkə xaricində olan iş adamı və "Hayastan" fraksiyasının sabiq deputatı Vaqe Akopyandır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31