Ukraynada kritik DÖYÜŞLƏR: Ruslar strateji əraziləri ƏLƏ KEÇİRDİ

Rus ordusu Donetsk vilayətinin Andreevka və Konstantinopol yaşayış məntəqələrini ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "DeepState" layihəsi özünün "Telegram" kanalında məlumat yayıb.

"Düşmən Andreevka və Konstantinopolu işğal edib, həmçinin Alekseevka, Dneproenerqiya və Şevçenko yaxınlığında da irəliləyişə nail olub", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl analitiklər bildirirdi ki, ruslar cəbhədə ləng, amma davamlı şəkildə irəliləməyə çalışırlar. Ruslar Donetsk vilayətindəki Yablonovka, Novoukrainka və Şevçenko yaşayış məntəqələri yaxınlığında uğurlar əldə ediblər.

Ukraynanın "Xortitsa" əməliyyat-strateji qruplaşmasından verilən məlumata görə, ruslar bütün istiqamətlərdə hücumlarını davam etdirir. Lakin Ukrayna müdafiəçiləri öz mövqelərini qoruyub saxlayırlar.

UNİAN-ın xəbərinə görə, dünən analitiklər qeyd ediblər ki, Rus ordusu Novomıxaylivkanı ələ keçirib, həmçinin Radkovka, Grekovka, Nelipovka, Romanovka, Novotoretskoye, Qolubovka və Leonidovkada irəliləyib.

Eyni zamanda, iyunun 22-də Ukrayna qoşunları Sumı rayonunun Andreevka kəndini ruslardan azad edib. "DeepState" analitikləri həmçinin bildiriblər ki, ruslar indi Privolnoye və Şevçenkove yaxınlığında irəliləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31