Ərdoğan Trampla görüşə apardığı zərfə nə yazmışdı?
17:29 DünyaABŞ Prezidenti Donald Trampla görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlində tutduğu zərf diqqətlərdən qaçmayıb.
Milli.Az xəbər verir ki, bu barədə, "Türkiyə" qəzeti yazıb:
"Trampla görüşündə prezident Ərdoğanın əlindəki zərf diqqət çəkib. Zərfin içində nə olduğuna dair suallar öz cavabını gözləyir".
Türkiyə mətbuatı zərfdə Ərdoğanın Trampla görüşdə müzakirəyə çıxaracağı məsələlərlə bağlı qeydlər və ya ABŞ prezidentinin verdiyi məktub ola biləcəyini yazıb.
Qeyd edək ki, görüşdə hər iki ölkənin liderləri ikitərəfli münasibətləri və regionda baş verənləri, o cümlədən Yaxın Şərq və Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31