İsrail-İran gərginliyi Çini “Sibiriyanın Gücü-2” layihəsinə daha da yaxınlaşdırdı – ÖZƏL
16:44 Dünyaİsrail və İran arasında yaşanan gərginlik Çinin "Sibiriyanın Gücü-2" qaz kəməri layihəsinə marağını artırıb.
Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Yaxın Şərqdəki münaqişə Pekini bölgədən neft və təbii qaz idxalının etibarlılığı ilə bağlı yenidən düşünməyə vadar edib. İsrail və İran arasında kövrək bir atəşkəsin mövcud olmasına baxmayaraq, Çin alternativ enerji mənbələrinə yönəlməyə çalışır. Bu kontekstdə Rusiya ilə planlaşdırılan "Sibiriyanın Gücü-2" layihəsi üzrə danışıqların irəliləməsi mümkündür.
Qəzet yazır ki, hazırda İranın neft ixracatının 90%-dən çoxu Çinə gedir. ABŞ isə sanksiyalarla Tehranın bu satışlarının qarşısını almağa çalışır. ABŞ Prezidenti Donald Tramp bu həftə Çinin hələ də İrandan neft aldığını bildirib.
Bununla belə, rəsmi Pekin atəşkəsə baxmayaraq, enerji tədarükündə alternativ marşrutlar axtarmaqda davam edir. Bu səbəbdən Çin Rusiyadan neft alışını artırmağa çalışır ki, bu da həm Moskvanın, həm də Pekinin maraqlarına uyğundur.