2026-cı il NATO sammiti Türkiyədə, 2027-ci il sammiti Albaniyada keçiriləcək- ÖZƏL

Olaylar.az xəbər verir ki,  NATO-ya üzv ölkələrin liderləri tərəfindən Haaqada keçirilən görüşün yekununda qəbul edilən birgə bəyanata əsasən, növbəti NATO sammiti 2026-cı ildə Türkiyədə, 2027-ci ildə isə Albaniyada baş tutacaq.
Bəyanatda deyilir: "Niderland Krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. 2026-cı ildə Türkiyədə keçiriləcək növbəti görüşü səbirsizliklə gözləyirik. Ardınca isə 2027-ci ildə Albaniyada toplanacağıq."
Xatırladaq ki, bu ilki sammit Niderlandın Haaqa şəhərində keçirilib. Görüşdə Ukraynadakı müharibə, NATO-nun müdafiə qabiliyyətinin artırılması, eləcə də alyansın gələcək strategiyası müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31