İsrailə çox böyük ziyan dəyib - Tramp

İran ballistik raketlərin vasitəsilə İsrailə əhəmiyyətli dərəcədə ziyan vurub.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Haaqa şəhərində NATO baş katibi Mark Rütte ilə görüşündə bildirib.

"İsrailə çox böyük ziyan dəyib, xüsusilə də son bir neçə gün ərzində. İsrailə İranın ballisitk raketlərindən çox böyük ziyan dəyib. Onlar çox sayda binaları dağıdıblar", - Ağ Ev rəhbəri deyib.

Trampın sözlərinə görə, buna baxmayaraq İsrail silahlı münaqişə zamanı özünü çox qüdrətli göstərib və baş nazir Binyamin Netanyahu əslində bundan qürür duymalıdır.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31