Pezeşkian: “İsrailə qarşı qələbə İran xalqının birliyinin nəticəsidir” – ÖZƏL
16:10 Dünyaİran Prezidenti Məsud Pezeşkian İsrail rejiminə qarşı əldə olunan qələbənin İran xalqının müqaviməti, birliyi və həmrəyliyi sayəsində mümkün olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Prezidentin xalqa müraciətində qeyd olunub ki, bu uğur İran xalqının dözümü və qətiyyəti nəticəsində əldə edilib:
"Bu müddət ərzində ölkədəki birlik, əmin-amanlıq və həmrəylik öz bəhrəsini verdi", - deyə o bildirib.
Pezeşkian vurğulayıb ki, bu tarixi qələbənin bütün şərəfi İranın böyük millətinə və qədim sivilizasiyasına aiddir.
Onun sözlərinə görə, İran xalqının cəsur müqaviməti nəticəsində ölkə sionist rejimin avantürası ilə İslam Respublikasına qarşı başladılmış və 12 gün davam edən müharibənin başa çatmasının şahidi olub.
Prezident əlavə edib ki, düşmən İranın sülhməramlı nüvə proqramı ilə bağlı anlaşılmazlıqları diplomatik yolla həll etmək cəhdləri fonunda müəyyən bəhanələrlə İslam Respublikasına qarşı təcavüz törədib.