Böyük Britaniyanın Baş naziri: “NATO bu gün heç vaxt olmadığı qədər vacibdir”- ÖZƏL

NATO son illər daha da güclənib və bu, hazırkı beynəlxalq qeyri-sabitlik şəraitində xüsusi əhəmiyyət daşıyır. Olaylar.az xəbər verir ki,  bu fikri Böyük Britaniyanın Baş naziri Kir Starmer Haaqada keçirilən NATO sammiti çərçivəsində Sky News telekanalına müsahibəsində bildirib.
"Bu gün NATO heç vaxt olmadığı qədər vacib və əhəmiyyətlidir. Biz çox qeyri-sabit bir dünyada yaşayırıq", - deyə Starmer vurğulayıb.
Baş nazir qeyd edib ki, alyans əvvəlkindən həm daha böyük, həm də daha güclüdür. Onun sözlərinə görə, üzv ölkələrin müdafiə xərclərini artırmağa hazır olması da bu güclənmənin göstəricisidir.
Qeyd edək ki, NATO liderləri bu gün Haaqada keçirilən sammitdə hərbi xərclərin ÜDM-in 2%-dən 2035-ci ilə qədər 5%-ə qədər artırılması barədə qərar qəbul edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31