Tehran Vaşinqtondan nüvə infrastrukturu üçün təzminat tələb edir
13:48 Dünyaİranın xarici işlər nazirinin müavini Səid Xatibzadə ABŞ-ın son hərbi əməliyyatları nəticəsində İranın nüvə infrastrukturuna dəymiş zərərə görə Vaşinqtondan təzminat tələb etdiklərini bəyan edib.
Olaylar.az xəbər verir ki, Xatibzadənin sözlərinə görə, İran bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına rəsmi şəkildə şikayət edəcək.
"Biz beynəlxalq hüquqa əsaslanaraq, ABŞ-ın hərəkətlərinə cavab verəcəyik və bu təxribatın nəticələrini aradan qaldırmaq üçün beynəlxalq mexanizmlərdən istifadə edəcəyik," - deyə diplomat bildirib.
Tehran Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hava zərbələrinin ölkənin sülhməramlı nüvə fəaliyyətinə zərbə vurduğunu bildirir. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31