Tramp: “ABŞ NATO-nun kollektiv təhlükəsizliyinə sadiqdir”- ÖZƏL
13:39 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində təşkilatın baş katibi Mark Rutte ilə görüş zamanı ABŞ-nin NATO-nun kollektiv müdafiə prinsipinə - qurumun 5-ci maddəsinə - tam sadiq qaldığını bəyan edib.
"Biz onlarla sonadək bir yerdəyik", - deyə Tramp bildirib. Onun bu sözləri ABŞ-nin NATO üzv dövlətlərindən birinə hücumun bütün alyansa edilmiş hücum kimi qiymətləndirilməsini nəzərdə tutan 5-ci maddəyə münasibəti kontekstində səsləndirilib.
Qeyd edək ki, 5-ci maddəyə əsasən, NATO-nun bir və ya bir neçə üzvünə qarşı silahlı hücum alyansa qarşı hücum sayılır və bu halda bütün üzvlər birgə müdafiə tədbirləri görməyə borcludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31