Merts: NATO müdafiə xərclərini artıracaq — bu heç kimə xoş görünmək üçün deyil- ÖZƏL
25 İyun 2025 12:45 DünyaAlmaniya Kansleri Fridrix Merts NATO-nun müdafiə xərclərini artırmaqla bağlı sammitdə birgə qərar qəbul ediləcəyinə ümid etdiyini bildirib.Olaylar.az xəbər verir ki, o, sammitə gələn zaman qeyd edib ki, alyans üzvləri gələcəkdə ÜDM-in 3,5%-ni silahlı qüvvələrə, əlavə olaraq isə 1,5%-ni isə mühüm infrastrukturun gücləndirilməsinə ayırmaq niyyətindədirlər. Merts vurğulayıb ki, bu qərarlar tam razılıqla qəbul ediləcək, çünki "təhlükələr vəziyyəti dəyişib".
Kansler bir daha Rusiyadan gələn təhdidin olduğunu iddia edib və bildirib: "Biz bu qərarları heç kimə xeyirxahlıq etmək üçün qəbul etmirik. Biz bu qərarları öz müdafiə qabiliyyətlərimizi artırmaq üçün veririk, xüsusilə NATO-nun Avropa hissəsində".
Merts ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrindən öz müdafiəsinə daha çox vəsait ayırmaq tələblərini birbaşa qeyd etməyib, lakin bu mövzunun NATO daxilində müzakirə mövzusu olduğunu diqqətə çatdırıb.