NATO Baş katibi Rutte Trampın İranla bağlı hərbi addımlarını dəstəklədi – ÖZƏL
25 İyun 2025 11:13 DünyaNATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampı İranda atdığı "qətiyyətli addımlar"a görə təbrik etdiyini təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Trampın sosial şəbəkələrdə paylaşdığı mesajlara əsasən, Rutte onu ABŞ-nin İrana qarşı hərbi hücumuna görə "həqiqətən qeyri-adi" adlandıraraq təbrik edib.
Çərşənbə günü Niderlandda keçirilən NATO sammitində jurnalistlərin suallarını cavablandıran Rutte, ABŞ-nin hərbi əməliyyatlarının effektivliyinin media tərəfindən şübhə altına alınmasına baxmayaraq, bu mövqeyini dəyişmədiyini bildirib.
ABŞ mediasının yaydığı məlumata görə, ABŞ-nin İranın üç nüvə obyektinə endirdiyi zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib və proqramı sadəcə bir neçə ay geriyə atıb.
Bununla belə, Rutte çərşənbə günü Trampı və ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatları müdafiə edərək belə deyib:
"İranda nüvə obyektinə atılan 14 iri bomba - düşünürəm ki, bu, İranın nüvə potensialını məhv etmək üçün atılmış çox vacib addım idi. NATO həmişə bəyan edib ki, İran nüvə silahına sahib olmamalıdır."