İran və Rusiya arasında “əhatəli nüvə əməkdaşlığı” – ÖZƏL
10:37 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçi Al Araby Al Jadeed qəzetinə verdiyi müsahibədə bildirib ki, 23 iyun tarixində Kremlin ev sahibliyi ilə baş tutan görüş Rusiya Prezidenti Vladimir Putinlə "mükəmməl şəkildə" keçib.
Olaylar.az xəbər verir ki, bu barədə RIA Novosti İranın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Putinlə görüş çox məhsuldar keçdi. Rusiya ABŞ və İsrailin hücumlarına qarşı sərt mövqe nümayiş etdirir. İran və Rusiya arasında genişmiqyaslı nüvə əməkdaşlığı mövcuddur", - deyə Əraqçi bildirib.
Qeyd edək ki, görüş iyunun 23-də, bazar ertəsi günü Kremlin binasında baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31