İsrailin silah ehtiyatı tükənir: İranla toqquşmadan sonra gərginlik artır

İsrailin İranla son gərginliyi fonunda ölkənin hərbi sursat ehtiyatları kritik səviyyəyə enib.

Olaylar.az xəbər verir ki, məlumatı "NBC News" yayıb. Məlumata əsasən, İsrail ordusu bəzi əsas silah növləri üzrə ciddi çatışmazlıq yaşayır.

Sursat və silah qıtlığı, ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahunun münasibətlərində yaranan gərginlik fonunda daha da diqqət çəkir. Trampın 12 gün davam edən İsrail-İran qarşıdurmasından sonra atəşkəs çağırışları iki lider arasında fikir ayrılığı yaradıb.

Ekspertlər bu vəziyyətin İsrailin müdafiə qabiliyyətinə təsir edə biləcəyini və beynəlxalq münasibətlərdə yeni dinamikanın yaranacağını bildirirlər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31