Atəşkəsdən sonra ABŞ-dan ilk addım

ABŞ-ın İsraildəki səfirliyi iyunun 25-də fəaliyyətini bərpa edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə diplomatik missiyanın bəyanatında yazılıb.

"İsrail və İran arasında atəşkəs səbəbindən bütün məhdudiyyətlər aradan qaldırıb. Biz normal əməliyyatlara qayıtmaqdan çox məmnunuq", - deyə bildirilib.

Qeyd edək ki,  iyunun 24-də İran və İsrail arasında atəşkəs elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31