İranın nüvə obyektlərinin son durumu açıqlandı

"ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektləri ciddi zərər görüb".

Olaylar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

"İlk vurulan obyekt Natanz idi. Uranın zənginləşdirilməsinin aparıldığı çox vacib sentrifuqa salonlarından birinə çox ciddi ziyan dəyib. Hətta onun yeraltı hissəsi əvvəlcə dolayı, sonra isə birbaşa zədələnib. Eyni şey İsfahan obyektinə aiddir. Lakin İranın Fordodakı obyekti daha ​​yaxşı möhkəmləndirilib", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31