BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT nümayəndəsi bəyan edib.

BMT-nin Cenevrədəki İnformasiya Xidmətinin direktoru Alessandra Velluççinin dediyinə görə, BMT proqram üçün həlledici əhəmiyyət kəsb etməyən beynəlxalq əməkdaşların, eləcə də onların ailə üzvlərinin bir qismini müvəqqəti köçürmək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31