Texasdan olan konqresmen Trampa qarşı impiçmentlə bağlı qətnamə irəli sürüb- ÖZƏL

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Texas ştatından demokrat El Qrin Trampa qarşı impiçmentlə bağlı qətnamə irəli sürüb.

Olaylar.az xəbər verir ki,qətnamədə qeyd olunur:

"ABŞ Prezidenti Donald Trampa qarşı ağır cinayətlər və digər qanun pozuntularına görə impiçment irəli sürülməsi barədə qərar qəbul edilib", - deyə konqresmenin saytında dərc olunmuş qətnamə mətnində bildirilir.

El Qrin vurğulayıb ki, "Konqresin rəhbərləri planlaşdırılan zərbələr barədə lazımi şəkildə məlumatlandırılmayıb, halbuki digər ölkələrin liderlərinə ABŞ-ın planlaşdırdığı addımlar öncədən bildirilib". O, ABŞ Konstitusiyasının I maddəsinin 8-ci bölməsinin 11-ci bəndinin pozulmasına istinad edir.

Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə qarşılıqlı zərbələr davam edib. ABŞ münaqişəyə eskalasiyadan doqquz gün sonra - 22 iyun gecəsi qoşulub və İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki üç nüvə obyektinə hücum edib.

23 iyun axşamı Tehran Qətərdə yerləşən və Yaxın Şərqdəki ən böyük Amerika aviabazası olan Əl-Üdeyda raket zərbəsi endirib. ABŞ hakimiyyətinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb və ciddi zərər baş verməyib.

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran atəşi tamamilə dayandırmaq barədə razılığa gəliblər. İsrail rəsmiləri ABŞ-ın təklifini qəbul etdiklərini və qarşıya qoyulan bütün hədəflərə çatdıqlarını bildiriblər. İran isə İsrailə qarşı qələbə qazandığını və onu birtərəfli qaydada təcavüzü dayandırmağa məcbur etdiyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31