MAQATE İranın Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr aşkar edib- ÖZƏL

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bəyan edib ki, İranın Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr aşkar edilib.

Olaylar.az xəbər verir ki,"MAQATE-nin baş direktoru (Rafael Qrossi) tərəfindən bazar ertəsi MAQATE-nin İdarə Heyətinə təqdim olunan ətraflı qiymətləndirməyə əlavə olaraq, agentlik bu gün İranda vəziyyətlə bağlı verilmiş bəyanatlardan əvvəl həyata keçirilmiş hücumlar nəticəsində Fordo və Natanz nüvə obyektlərində yeni zərbə nöqtələri aşkar edib", - deyə MAQATE-nin saytında bildirilib.

Qeyd olunur ki, ABŞ-ın Fordoya endirdiyi zərbə nəticəsində yeraltı obyektin yaxınlığındakı giriş yolları və girişlərdən biri zədələnib.

Bundan əlavə, MAQATE Natanzdakı yeraltı zallarda - əvvəllər burada zənginləşdirmə prosesi və materialların saxlanması həyata keçirilirdi - iki zərbə izini qeydə alıb.

"Həmin zalların tərkibi ilə bağlı məlumata əsaslanaraq, MAQATE hesab edir ki, bu zərbələr lokal çirklənmə və kimyəvi risklərə səbəb ola bilər", - deyə agentlik qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31