İran: Yeni səhv addım daha sərt cavabla üzləşəcək – ÖZƏL

İran atəşkəsə yalnız düşmənlərinin ona nə dərəcədə sadiq olacağı qədər sadiq qalacaq. Əgər İslam Respublikasına qarşı yeni bir səhv addım atılarsa, cavab daha sərt və ağrılı olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin nümayəndəsi Bəhram Tohəri iyunun 24-də jurnalistlərə açıqlamasında bildirib.

"Toqquşmalar İranın istəmədiyi bir müharibə ilə başladı və bizə zorla qəbul etdirildi. Müharibə 12 gün davam etdi. Xalqımız silahlı qüvvələrin və digər qurumların ətrafında birləşərək adekvat cavab verdi. Nəticədə, düşmən atəşkəslə razılaşmaq məcburiyyətində qaldı. Aldığımız məlumata görə, bu gündən etibarən atəşkəs qüvvədədir və ümumilikdə pozulmur," - deyə Tohəri qeyd edib.

O əlavə edib ki, bu gün İran xalqının və dövlət idarəetmə sisteminin birliyi və həmrəyliyi hər zamankından daha yüksəkdir: "Əgər zəif bir bənd olsaydı, düşmən hücumlarını davam etdirərdi. Bu gün əminliklə deyə bilərik ki, məhz gücümüz onları atəşkəsə məcbur etdi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31