Tramp: "Rusiya ilə razılaşma əldə etmək istəyirəm"- ÖZƏL
16:57 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə razılaşma əldə etmək istədiyini bildirib.
NATO sammiti üçün Niderlandlara yola düşən zaman təyyarədə jurnalistlərlə söhbət edən Tramp, görüşdən sonra qəbul olunacaq birgə bəyanatda Rusiya ilə bağlı ifadələrlə əlaqədar fikrini bölüşüb.
"Mən buna baxmalıyam. Amma Rusiya ilə razılaşma görmək istərdim. Bildiyiniz kimi, Rusiya Prezidenti mənə zəng edib. O dedi: 'İranla bağlı sizə kömək edə bilərəm?' Mən isə cavab verdim: 'Xeyr, mənə İranla bağlı kömək lazım deyil. Mənə sizinlə bağlı kömək lazımdır'. Ümid edirəm ki, Rusiya ilə bir razılaşma əldə edə bilərik", - deyə Tramp qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31