Rusiya və İran: Gərginliyi siyasi yolla həll etmək lazımdır – ÖZƏL
16:23 DünyaRusiya və İran Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq və vəziyyəti siyasi-diplomatik məcraya qaytarmaq istiqamətində birgə əməkdaşlığı davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov və İranın Moskvadakı səfiri Kazem Cəlali arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, tərəflər İranın nüvə proqramı ətrafında artan gərginliyi müzakirə ediblər. Bu gərginlik Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında fəaliyyət göstərən İranın dinc nüvə obyektlərinə edilən hücumlar fonunda yaranıb.
"Tərəflər beynəlxalq hüquq çərçivəsində, İranın qanuni hüquq və maraqlarına tam hörmətlə, vəziyyətin siyasi və diplomatik yolla nizamlanmasına dair birgə səyləri davam etdirməkdə qərarlı olduqlarını vurğulayıblar", - deyə bəyanatda bildirilir.