Ərdoğan və Tramp NATO sammitində görüşə bilər – Bloomberg – ÖZƏL
24 İyun 15:50 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla NATO sammiti çərçivəsində görüşə hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, görüşün çərşənbə axşamı axşam saatlarında Haaqada baş tutacağı gözlənilir. Məlumat anonim mənbələrdən əldə edilib, çünki müzakirələr qeyri-rəsmi xarakter daşıyır. ABŞ rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, bu gün Niderlandın Haaqa şəhərində NATO liderlərinin iki günlük sammiti başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31