Quterreşə ağır ittiham: Lavrov iki faktı açıqladı

"Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş müntəzəm olaraq səlahiyyətlərindən sui-istifadə edir".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Onun mövqeyi son dərəcə təəssüf doğurur. Quterreş 2022-ci ilin aprelində Buçada tapılan şəxslərin adlarının siyahısını Rusiyaya təqdim etmək istəmədi. Eləcə də 2014-cü ildə Odessada baş vermiş faciə ilə bağlı araşdırma aparılmadı", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31