Netanyahunun “İran planı” belə başladı – Bir maneə var idi
13:49 Dünya"İsrailin Baş naziri Benyamin Netanyahu ötən il İrana qarşı əməliyyata hazırlaşmağa başlayıb, lakin ABŞ-dan dəstək alana qədər gözləyib".
Olaylar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" (VP) məlumat yayıb.
"Netanyahu 2024-cü ilin oktyabrında Livanda "Hizbullah"a qarşı əməliyyat keçirdikdən sonra İrana hücum üçün hazırlıq əmri verib. İsrail kəşfiyyatı potensial hədəfə çevrilə biləcək nüvə alimləri və hərbi rəsmilərin siyahılarını tərtib etməyə başlayıb. Yəhudi dövlətinin rəsmiləri Vaşinqtondan təsdiq də gözləyiblər. Onlar hesab edirdilər ki, ABŞ-ın iştirakı İranın nüvə obyektlərinə qarşı daha effektiv əməliyyata imkan verəcək. Bununla belə, istənilən cavab gəlməyib".
Qeyd edilib ki, İsrail hökuməti mart ayında yekun qərarı verib:
"Rəsmilər iyundan gec olmayaraq İrana zərbələr endirmək fikrində razılaşıblar. Çünki İslam Respublikasının o vaxta qədər öz hava hücumundan müdafiə sistemlərini bərpa etməyə vaxtı olmayacaqdı. Yəni İrana hücum diqqətlə düşünülmüş addım idi".
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb.