İrana güclü zərbələr endirəcəyik - İsrailin baş qərargah rəisi

İranla atəşkəs rejiminin pozulmasından sonra İsrail ordusu İrana qarşı güclü əməliyyatın başlanacağını elan edib.

Olaylar.az "Times of Israel"ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general-leytenant Eyəl Zamir İran tərəfindən atəşkəsin ciddi şəkildə pozulması fonunda İrana güclü zərbələrin endiriləcəyini bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31