Zelenski: Yaxın Şərqdəki gərginlik Ukraynaya dəstəyin azalmasına səbəb ola bilər- ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi Qərbin diqqətini Ukraynadan yayındırır və bu, Kiyevə, xüsusilə də ABŞ-dən gələn dəstəyin azalmasına səbəb ola bilər.
Olaylar.az xəbər verir ki,  "Bu, böyük problemdir. Siyasi diqqət başqa istiqamətə yönəlir, bu tamamilə aydındır. Bu isə o deməkdir ki, tərəfdaşlarımızın, ilk növbədə ABŞ-nin dəstəyi azala bilər. Bu, çox arzuolunmazdır, amma biz bunu hiss edirik", - deyə Zelenski Sky News telekanalına verdiyi müsahibədə bildirib. O vurğulayıb ki, Qərbin hərbi dəstəyi olmadan Ukrayna üçün vəziyyət çətin olacaq.
Zelenski eyni zamanda Kiyev və Tehran arasında münasibətlərin "çox çətin" olduğunu deyib və İrana qarşı hava zərbələrini dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, Zelenski bundan əvvəl də Qərbdən Ukraynaya pulsuz hərbi yardımın azaldığını, artıq Kiyevin silah-sursatı öz hesabına almağa məcbur qaldığını bildirmişdi. 16 iyunda isə ABŞ-dən gələn hərbi dəstəyin tamamilə kəsilməsindən narahat olduğunu etiraf etmişdi.
Zelenski ümid edirdi ki, G7 sammitində ABŞ prezidenti Donald Trampla görüşərək Ukraynaya yeni silah paketinin alınmasını müzakirə edəcək. Lakin Tramp sammiti vaxtından əvvəl tərk etdiyindən görüş baş tutmayıb. İndi isə Zelenski Trampla Haaqada keçiriləcək NATO sammitində görüşə ümid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31