İran Qətərlə əlaqələri gücləndirməyə hazır olduğunu bəyan etdi- ÖZƏL

İran Qətərlə ikitərəfli münasibətləri möhkəmləndirməyə hazır olduğunu bildirib və regionda gərginliyin azalması istiqamətində Dohanın göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirib. Olaylar.az xəbər verir ki,  bu barədə İran İslam Respublikasının xarici işlər nazirinin müavini Məcidd Təxt-Rəvənçi ilə Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri vəzifəsini icra edən Məhəmməd əl-Xüleyfi arasında keçirilmiş telefon danışığında qeyd olunub.
İranın rəsmi məlumatına əsasən, Təxt-Rəvənçi iki ölkə arasında dostluq və möhkəm münasibətlərə toxunaraq, İranın qarşılıqlı maraqlar və mehriban qonşuluq prinsipləri əsasında əlaqələrin davam etdirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir müavini Qətərin regionda gərginliyin daha da artmasının qarşısının alınmasında oynadığı rolu xüsusi qeyd edərək, bu səyləri yüksək dəyərləndirdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31