Aİ İsrailə qarşı əlavə tədbirlər tətbiq edə bilər – Kallas – ÖZƏL
12:36 DünyaAvropa İttifaqı (Aİ) yaxın vaxtlarda Qəzza sakinləri üçün vəziyyətin "konkret şəkildə" yaxşılaşdırılmadığı təqdirdə İsrailə qarşı əlavə təzyiq tədbirləri tətbiq edə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
Kallas qeyd edib ki, İsrailin Qəzza və İordan çayının qərb sahilində insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri pozduğu "tamamilə aydındır".
"Əgər fələstinlilər üçün vəziyyət yaxşılaşmasa, iyul ayında bu məsələyə qayıdaraq əlavə tədbirləri müzakirə edə bilərik", - deyə Kallas vurğulayıb.
O, hansı tədbirlərin nəzərdə tutulduğunu dəqiqləşdirməkdən imtina etsə də, əsas məqsədin yerli əhalinin həyatını yaxşılaşdırmaq və bölgədəki insan tələfatına son qoymaq olduğunu bildirib.