Zelenski postu haqda suallara nöqtə qoydu

"Münaqişə bitənə qədər prezident kimi fəaliyyət göstərəcəm. Bundan imtina etmək fikrim yoxdur".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Ola bilər ki, Ukraynanı müharibənin sonuna qədər aparacaq yaxşı insan olmayacam, amma ən təcrübəli də mənəm", - deyə o bildirib.

Qeyd edək ki, V.Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31