Klişas: ABŞ və müttəfiqləri beynəlxalq hüquq normalarına riayət etmirlər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas bildirib ki, ABŞ və onun müttəfiqləri hələ də özlərini beynəlxalq hüquq normaları ilə bağlı saymırlar və dünyanın istənilən nöqtəsində öz məqsədlərinə silah gücü ilə nail olurlar.
Bu barədə senator özünün Telegram kanalında paylaşım edib:
"Yaxın Şərqdə 12 günlük müharibənin yekunlarını yaxın günlərdə görəcəyik (əgər artıq nəticə çıxarmağın vaxtıdırsa). Amma bu gün artıq bir vacib nəticə var: ABŞ və onun müttəfiqləri hələ də beynəlxalq hüquq normalarına əməl etmirlər və dünyanın istənilən hissəsində, özləri lazım bildikdə, güc tətbiq etməklə məqsədlərinə çatırlar. Gerçəkdə isə bu, yeni heç nə deyil," - deyə Klişas qeyd edib.
Senatorun fikrincə, bu siyasətə qarşı Rusiyanın suverenliyinin, o cümlədən texnoloji müstəqilliyin, silahlı qüvvələrin, nüvə potensialının və onun daşıyıcı vasitələrinin gücləndirilməsi ilə cavab vermək olar.
"Əks halda, yaşamaq məcburiyyətində qalacağıq - o da ki, hamı yox - amerikalıların qaydaları ilə," - deyə Klişas əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31