Atəşkəsin arxasında dayanan milyardlar: İran və İsrail savaşı neçəyə başa gəldi?
10:57 Dünyaİran və İsrail arasında davam edən münaqişə hər iki ölkəyə milyardlarla dollara başa gəlir və onların iqtisadiyyatını ciddi şəkildə zəiflədir.
Bəs bu münaqişə hər iki ölkəyə nə qədərə başa gəldi?
İsrail mediasının yaydığı məlumatına görə, döyüşün ilk iki günü İsrailə 1,45 milyard dollara başa gəlib.
Olaylar.az-ın məlumatına görə, "The Wall Street Journal" isə yazır ki, İsrail hava hücumundan müdafiəyə gündə 200 milyon dollar xərcləyir. Xarici İqtisadi Siyasət İnstitutunun hesablamalarına görə, bir ay davam edən müharibə İsrailə ümumilikdə 12 milyard dollara başa gələ bilər.
İran da ciddi iqtisadi itkilərlə üzləşib. "Əl-Cəzirə"nin məlumatına əsasən, ölkə müdafiəyə ÜDM-in 3-5%-ni (təxminən 12 milyard dollar) ayırır. ABŞ-nin iyunun 22-də İranın nüvə obyektlərinə zərbələri isə vəziyyəti daha da gərginləşdirib.
Neft qiymətləri yanvardan bəri ən yüksək səviyyəyə qalxıb, İranın Hörmüz boğazını bağlaması fonunda bu artımın davam edəcəyi gözlənilir. İsrailin raket zərbələrindən sonra İranın bir sıra neft və qaz yataqlarında hasilat ya tamamilə, ya da qismən dayandırılıb, bu da ixracın kəskin azalmasına səbəb olub.
Qeyd edək ki, dünən gecə İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. (Milli.Az)