İran: Rusiya bu kritik dövrdə xüsusi mövqe tutur – ÖZƏL

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, Rusiya ilə İran arasında uzunmüddətli dostluq münasibətləri olduğundan, Moskva hazırkı kritik dövrdə xüsusi mövqe tutur. 

Olaylar.az xəbər verir ki, bu fikirləri o, İsrail və ABŞ ilə gərginlik fonunda Tehranın Moskvadan gözləntiləri barədə suala cavab verərkən səsləndirib.

Bəqainin sözlərinə görə, Rusiya yalnız BMT Təhlükəsizlik Şurasının üzvü və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (SƏVPD) iştirakçısı deyil, həm də bölgədə təsirli və qonşu dövlətdir. Bu səbəbdən regional proseslər Rusiya üçün də xüsusi əhəmiyyət kəsb edir.

Diplomat əlavə edib ki, İranla Rusiya arasında strateji tərəfdaşlıq sazişi mövcuddur və Tehran həm BMT Təhlükəsizlik Şurasında, həm də regional müstəvidə Moskvanın daha fəal rol oynamasını gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31