Trampa İranla bağlı sual veriləcək – Liderlər hazırlaşır
10:28 Dünya"NATO-nun Haaqa sammitində İran və İsrail arasında münaqişə müzakirə olunacaq".
Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
"İran Alyansın müzakirə edə biləcəyi mövzu olmasa da, liderlər fərqli düşüncədədir. Onlar bu barədə ABŞ Prezidenti Donald Trampla danışmaq istəyəcəklər. Artıq bir sıra rəhbərlər Ağ Ev sahibinin fikirlərinə bələd olmadıqları üçün narahatlıq keçirirlər. Tramp həqiqətən, nə istədiyini bilmir", - deyə avropalı mənbə bildirib.
Qeyd edək ki, NATO-nun Haaqa sammiti iyunun 24-25-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31