İranın İsrailin cənubuna endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20-dən çox insan xəsarət alıb.
Olaylar.az xəbər verir ki, bu barədə TASS İsrailin təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.
İran bu səhər İsrailin cənubuna ümumilikdə altı raket atıb. Raketlərdən biri Beer-Şeva şəhərində yaşayış evinə düşüb.