Çin Xarici İşlər Nazirliyi: Çin və Hindistan arasındakı münasibətlər müəyyən pozitiv irəliləyiş əldə edib- ÖZƏL

Olaylar xəbər verir ki,Çinin xarici işlər naziri Van Yi əlaqələrin daha da möhkəmləndirilməsinin vacib olduğunu qeyd edib.

Pekin və Yeni Dehli son vaxtlar ikitərəfli münasibətlərdə müəyyən irəliləyiş əldə ediblər. Bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi Pekində Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə görüşü zamanı bildirib.

"2024-cü ilin oktyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpin Hindistanın Baş naziri Narendra Modi ilə Kazanda görüşdü və onlar ikitərəfli münasibətlərin yaxşılaşdırılması ilə bağlı mühüm razılığa gəldilər, - Van Yinin sözləri Çin Xarici İşlər Nazirliyinin saytında verilib. - Son vaxtlar ölkələr arasındakı münasibətlər müəyyən pozitiv irəliləyişə nail olub və biz əlaqələri və qarşılıqlı etimadı daha da möhkəmləndirməli, praktiki məsələlərin həlli üzərində ciddi işləməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31