Putin: Yaxın Şərqdəki münaqişəyə bölgədənkənar qüvvələr cəlb olunur – ÖZƏL
17:02 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirib. Hərbi və hüquq-mühafizə orqanları universitetlərinin məzunları ilə görüşdə çıxış edən Putin qeyd edib ki, münaqişəyə artıq bölgədənkənar qüvvələr də cəlb olunmağa başlayıb.
"Hazırkı beynəlxalq vəziyyət sürətlə dəyişir. Görürük ki, Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Münaqişəyə bölgədənkənar güclər də cəlb olunur", - deyə o bildirib.
Putin əlavə edib ki, bütün bu proseslər dünyanı çox təhlükəli bir xəttə doğru aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31