İran İsrailin 130-dan çox PUA-sını vurduğunu açıqlayıb
17:02 Dünyaİranın Havadan Müdafiə Qərargahı 13 iyundan bu günə qədər İsrailə məxsus 130-dan çox PUA-nı vurduğunu açıqlayıb.
Olaylar.az-ın məlumatına görə, bu barədə İranın Havadan Müdafiə Qərargahı məlumat yayıb.
Məlumata əsasən, ölkənin müxtəlif bölgələrində "Hermes", "Heron", "Harop" kimi Pilotsuz Uçan Aparatlar vurulub.
Məlumatda deyilir ki, son günlərdə İranın Havadan Müdafiə Qərargahının tabeliyində havadan müdafiə qüvvələri "Hermes 900" və "Hermes 45" PUA-ları zərərsizləşdirilib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.