Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiyaları əngəlləyib – ÖZƏL
15:50 DünyaMacarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etməsinə mane olub.
Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısında çıxış edən Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
Nazir bildirib ki, yeni sanksiyalar paketi qəbul olunsaydı, o zaman Aİ ölkələrinə, o cümlədən Macarıstan və Slovakiyaya, Rusiya təbii qazı və ucuz xam nefti almaq qadağan ediləcəkdi. Siyarto bu səbəbdən sanksiyalara qarşı çıxdıqlarını qeyd edib. Onun sözləri ilə çıxışı M1 telekanalı vasitəsilə yayımlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31