ABŞ-nin Qətərdəki səfirliyi vətəndaşlarına təhlükəsiz məkanda qalmağı tövsiyə edib- ÖZƏL
15:49 DünyaABŞ-nin Qətərdəki səfirliyi təhlükəsizlik tədbiri olaraq Amerika vətəndaşlarına təhlükəsiz məkanda qalmağı tövsiyə edib. Olaylar.az xəbər verir ki, bu barədə məlumat diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilib.
"Əlavə ehtiyat tədbiri olaraq, ABŞ vətəndaşlarına növbəti bildirişə qədər təhlükəsiz bir məkanda qalmağı tövsiyə edirik", - deyə səfirliyin açıqlamasında bildirilir.
Səfirlik təhlükəsizliklə bağlı əlavə təfərrüat verməsə də, bu çağırış bölgədəki mümkün risklərə qarşı ehtiyat tədbiri kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31