Çin Hörmüz boğazının bağlanması ilə bağlı narahatlığını ifadə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin XİN-in sözçüsü Qo Tsyakün Pekində keçirilən mətbuat konfransında bildirib ki, Hörmüz boğazı qlobal iqtisadi sabitlik üçün əvəzolunmaz strateji marşrutdur. O qeyd edib ki, Fars körfəzi və ətrafındakı sular enerji və malların beynəlxalq ticarətində mühüm rol oynayır və bu bölgənin təhlükəsizliyi bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

Qo Tsyakün vurğulayıb ki, dünya üzrə neft ticarətinin 25 faizi bu boğazdan keçir və Çin öz neft idxalının 45 faizini məhz bu marşrutla təmin edir. Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması təkcə Çinə deyil, bütün Asiya bazarlarına ciddi təsir göstərə bilər.

Çin rəsmisi ABŞ-nin bölgədəki hərbi addımlarının gərginliyi artırdığını bildirib və beynəlxalq ictimaiyyəti regionun xaosa sürüklənməsinin qarşısını almağa çağırıb. İranın boğazı bağlamaqla hədələməsi enerji bazarlarında narahatlıq yaradıb. Hətta qısa müddətli fasilə belə, neftin qiymətinə təsir edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31